Ərdoğan:

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçəcək"

Hazırda oxunan: Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçəcək"

188558

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin dövlət başçısı İraq səfərindən geri dönərkən jurnalsitlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, indi bölgədə yeni nizam qurulur:

“Əsassız fikirləri bir kənara qoymağın vaxtıdır. Gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, zamanın reallıqları ilə hərəkət etmək həmişə daha yaxşıdır. Paşinyan da artıq bunu başa düşür”.

Türkiyə lideri əlavə edib ki, tarixçilər ilk növbədə tarixi prosesdə baş verənlərlə məşğul olurlar: 

“Biz əvvəldən qondarma erməni soyqırımı məsələsi ilə bağlı çox açıq danışdıq. Arxivlərimizi aça biləcəyimizi dedik və açdıq. İndi real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporun onları əsarətə saldığı zülmətdən xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək. Fürsət qapıları həmişə açıq qalmır. Açıq qaldığı halda ondan yaxşı istifadə etmək lazımdır”.

Ərdoğan vurğulayıb ki, bu prosesdə təkcə diaspora deyil, bir çox dairələr də Ermənistana təsir etməyə çalışırlar:

“Biz bunları görür və vaxtaşırı xəbərdarlıqlar edirik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO