Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Qazaxla sərhəddə yerləşən Tavuş vilayətinə gəlməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə "24news" nəşri yazıb.
Mənbə qeyd edir ki, kənd başçıları ilə görüş İrəvanda keçiriləcək.
Xatırladaq ki, bundan öncə erməni politoloq Suren Petrosyan "Sputnik Armenia" nəşrinə açıqlamasında demişdi ki, Tavuş vilayətinin 4 kəndinin ağsaqqalları ilə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında görüş bu gün saat 18.00-da baş tutacaq.
Danışıqlardan sonra etirazçıların bundan sonrakı addımları məlum olacaq. Yeri gəlmişkən, hazırda M4 dövlətlərarası avtomobil yolunun Voskepar-Kirants hissəsi bağlı olaraq qalır.
Bizim.Media