Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” - EKSKLÜZİV

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” - EKSKLÜZİV

Hazırda oxunan: Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” - EKSKLÜZİV

187838

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın Nobel sülh mükafatına namizəd olması ilə bağlı xəbərlər tirajlamışdı. 

Yayılan məlumatda bildirilirdi: ““Avrora” humanitar təşəbbüsünün həmtəsisçisi Ruben Vardanyan bir qrup ictimai və siyasi xadim, o cümlədən Nobel mükafatı laureatı tərəfindən 2024-cü il Nobel Sülh Mükafatına namizəd göstərilib”.

Bəs, Ermənistan mətbuatının iddiası nə dərəcədə həqiqətə uyğundur?

Bizim.Media
mövzu ilə bağlı Norveç Nobel İnstitutuna sorğu göndərib. İnstitutdan sorğumuza cavab olaraq bildirilib:

“Mükafatın verilməsi üçün daxil olmuş təkliflər, mükafatın verilməsi ilə bağlı araşdırmalar və rəylər 50 il keçənədək açıqlana bilməz. Nobel Komitəsi namizədlərin adlarını özü açıqlamır, nə mediaya, nə də namizədlərin özünə. Bəzi hallarda namizədlərin adları mediada yer alır. Bu ya sırf qabaqcıl fərziyyələrin məhsuludur, ya da namizədliyin arxasında duran şəxs və ya şəxslər tərəfindən yayılan məlumatdır”, - deyə sorğuya cavab olaraq bildirilib.

Qeyd edilən cavab onu deməyə əsas verir ki, Ruben Vardanyanın Nobel mükafatına namizəd olması kimlərinsə fərziyyəsindən və ya iddiasından başqa bir şey deyil.

Yəni istənilən şəxs kiminsə Nobel Sülh Mükafatına “namizəd” olması ilə bağlı açıqlama verə, heç bir əsası olmadan təklif irəli sürə bilər. Lakin bu cür iddialar heç bir halda həmin şəxsin namizəd olacağını deməyə əsas vermir. Eynilə Vardanyan nümunəsində olduğu kimi…

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO