Qondarma “soyqırımı” məsələsi Ermənistanı QARIŞDIRDI – İrəvan Türkiyə qarşısında geri çəkilir?

Qondarma “soyqırımı” məsələsi Ermənistanı QARIŞDIRDI – İrəvan Türkiyə qarşısında geri çəkilir?

Hazırda oxunan: Qondarma “soyqırımı” məsələsi Ermənistanı QARIŞDIRDI – İrəvan Türkiyə qarşısında geri çəkilir?

187810

Qondarma “erməni soyqırımı” günü yaxınlaşdıqca Ermənistanda sərsəm çağırışların sayı artır. Xəstə təxayülləri ilə ermənilər hələ də dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı İmperiyasında 1,5 milyon erməni qətlə yetirilib. Amma bütün təşəbbüslərinə rəğmən ermənilər bu günə qədər konkret nəticəyə nail olmayıblar. Halbuki, ermənilər çalışır ki, “soyqırımı” faktını sübut etsin və bundan sonra Türkiyədən hər il təzminat alsınlar.

Di gəl ki, ortada fakt olmadığı üçün ermənilər ancaq danışırlar.

Maraqlıdır ki, ermənilər bu dəfə məsələyə bir qədər fərqli tərəfdən yanaşmaq istəyirlər. Məsələn, Ermənistan Milli Assambleyasının hakim fraksiyadan olan deputatı Andranik Köçəryan bazar ertəsi keçirdiyi brifinqdə bildirib ki, Osmanlı İmperiyasında erməni soyqırımı qurbanlarının hamısının adlarını dəqiqləşdirmək və qeyd etmək lazımdır.

Köçəryan qeyd edib ki, yəhudilər buna nail olub, Ermənistan da bunu edə bilər. Bu təşəbbüs Türkiyə ilə münasibətlərin qurulması üçün də önəmlidir.

Qəribədir ki, Köçəryanın bu təklifə əksər ermənilər tərəfindən qəbul edilməyib. Onların fikrincə, soyqırımına “məruz qalanların” siyahısını dəqiqləşdirmək mümkün deyil. Məsələn, keçmiş xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan Köçəryanın təklifini tələ adlandırıb.

“Bu tələdir, bu müzakirələri dayandırın. Türkiyə istəyir ki, erməni soyqırımının tanınması və pislənməsi məsələsi deyil, bu məsələnin özü müzakirə predmetinə çevrilsin. “Erməni soyqırımı” elmi, akademik və siyasi səviyyədə tanınır. Onu 30-dan çox ölkə və ABŞ-ın 50 ştatı tanıyır. Bu, tabudur, bu məsələni müzakirə etmək olmaz”.

Ermənistan Milli Arxivinin keçmiş direktoru Amatuni Virabyanın sözlərinə görə, qurbanların siyahılarını tərtib etmək mümkün deyil:

“Faciə”dən bir əsrdən çox vaxt keçəndən sonra insanların ad və soyadlarının bərpası fantaziya sferasındadır. Ən yaxşı halda, uzun və gərgin iş nəticəsində 200-300 min qurbanı müəyyən etmək olar, lakin bu, uzun illər çəkəcək və bu, şübhəsiz ki, rəqiblərimizin əlinə ciddi fakt verəcək”.

İdeyanı İrəvan Pedaqoji Universitetinin tarix fakültəsinin dekanı Edqar Ovennasyan da bu təklifi təhlükəli hesab edir:

“Müxtəlif vaxtlarda xarici diplomatlar, missionerlər, erməni ziyalılarının nümayəndələri özləri sənədləri təhlil etməyə, öyrənməyə çalışıblar. Amma bu şəraitə görə 1,5 milyon insanın adını bərpa etmək sadəcə olaraq mümkün deyil”.

Göründüyü kimi ermənilər tarixi ədalətin bərpasını yox, saxta “soyqırımı” olayının şişirdilməsini istəyir.

Fakta gəlincə isə ortaya müxtəlif bəhanələr atılır. Halbuki, tarixdə soyqırımı faktının təsdiqi nümaunəsi var. Məsələn, yəhudilər dəqiq və təkzibolunmaz faktlarla sübut etdilər ki, faşist Almaniyası İkinci Dünya Müharibəsi dövründə  Holokostda 6 milyon yəhudini qətlə yetirib. Qətlə yetirilən hər bir yəhudi haqqında ortaya konkret fakt qoyulub. Məhz bundan sonra bütün dünya ilə yanaşı Almaniya hökuməti də yəhudilərə qarşı soyqırımı faktını etiraf edib. Bununla paralel Almaniya höküməti İsrail dövlətinə kompensasiya ödəyib.

Ermənilərin çalışdığı Türkiyədən kompensasiya almaqdır.

Amma bunun üçün gərəkdir ki, soyqırımı faktı təsdiqini tapsın. Faktsa yoxdur. Sadəcə ortada boş söz-söhbət var. Baxmayaraq ki, Fransa dəfələrlə bəyan edib ki, erməni “soyqırımı” barədə Paris arxivlərində tarixi sənədlər var. Amma Türkiyənin davamlı tələblərinə baxmayaraq rəsmi Paris “faktları” təqdim etməkdən boyun qaçırıb.

Fransızların bu cür davranışları da göstərir ki, nə Fransada, nə də Ermənistanın əlində heç bir fakt yoxdur.

Axı, olmayan hadisə ilə bağlı hansı “fakt” ola bilər?!

Əslində, soyqırım məsələsi ermənilərin yox, onları idarə edən güclərin bədnam layihəsidir. Məhz bu faktdan istifadə edərək həmin dövlətlər Türkiyənin üzərinə gediblər. Ona görə də dünyanın aparıcı dövlətlərinə də soyqırımı faktı yox, erməni həyasızlığı lazımdır.

Amma Andranik Köçəryanın fikirləri göstərir ki, ermənilər arasında az da olsa reallıqları dərk edənlər var. Məhz belələri erməni millətçilərini başa salmaq istəyir ki, kimlərinsə əlində alət olmaqdansa, əzəli qonşularla sülh şəraitində yaşamaq daha doğru olar. Nə yazıq ki, ermənilər həqiqətən də “ilan vuran kimi ala çatıdan qorxurlar”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO