Ermənistanda səfərdə olan Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu ölkənin Elmi-Tədqiqat İnstitutuna heykəltəraş Eduard Kazaryanın “Hava şarı evi” əsərini hədiyyə edib.
Maraqlıdır, görəsən, bu əsərin mənası nədir? Özündə bir mesaj ehtiva edir, yoxsa sıradan hədiyyədir?
Politoloq Cümşüd Nuriyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, dövlət başçıları diplomatik heyətin qərarları əsasında hədiyyələr verirlər:
MÖVZU İLƏ BAĞLI:
Tokayev Azərbaycanla Ermənistan arasında vasitəçiliyini TƏKLİF ETDİ
“Tokayev çox böyük bir diplomatdır, uzun müddət Çində işləyib. Onun İlham Əliyevlə çox yaxşı münasibətləri var. Bu hədiyyənin mesajı odur ki, Ermənistan “Hava şarı”dır. Yəni Ermənistanın dövlətçiliyi Azərbaycan torpağında qurulub.
Bütün hallarda Qazaxıstan həm MDB-də, həm də Avrasiya İttifaqında Ermənistanla birgə iştirak edir. Azərbaycanla isə həm MDB-də, həm də Türk Dövlətləri Təşkilatında birgə faəliyyət göstərir. Heç kim deyə bilməz ki, Tokayev ora niyə gəlib? Qısası, o hədiyyənin seçilməsi təsadüf deyil”.
Məhərrəm Əliyev, Bizim.Media