Britaniyanın YENİ PLANI – “Ermənistan afrikalı miqrantlar üçün düşərgəyə ÇEVRİLƏCƏK” 

Britaniyanın YENİ PLANI – “Ermənistan afrikalı miqrantlar üçün düşərgəyə ÇEVRİLƏCƏK” 

Hazırda oxunan: Britaniyanın YENİ PLANI – “Ermənistan afrikalı miqrantlar üçün düşərgəyə ÇEVRİLƏCƏK” 

187450

Xəbər verdiyimiz kimi, “Times” nəşrinin yazdığına görə, London yaşam tərzi pis olan ölkə sakinlərinin hər hansı bir vasitə ilə Böyük Britaniyaya köçməkdən çəkindirməyin yolunu tapıb. Onlar Afrika qitəsindən, Albaniya, Əfqanıstan, İraq, İran və Suriyadan qeyri-qanuni yollarla gələn mühacirləri öz yaşadıqları ölkələrə deyil, vəziyyəti daha acınacaqlı olan ölkələrə deportasiya etmək qərarına gəliblar. 

Mənbə yazır ki, Böyük Britaniya krallıqdan qovulmuş qeyri-qanuni miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb. Bu ölkələr siyahısına Ermənistan, Botsvana, Kot-d'İvuar və Kosta Rika daxil edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Tokayev Azərbaycanla Ermənistan arasında vasitəçiliyini TƏKLİF ETDİ


Qəzet qeyd edir ki, London İrəvanla texniki danışıqlara ötən ilin sentyabrında krallığın xarici işlər nazirinin müavini Leo Dokertinin Ermənistana səfər zamanı başlayıb. 

Bu açıqlamadan belə anlaşılır ki, Ermənistan yaxınlarda qaçqın düşərgəsinə çevriləcək. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, miqrantları Britaniyadan Ermənistana köçürməklə bu ölkədə yaşanan insan boşluğunu digərləri hesabına doldurmaq istəyirlər: 

“Belə bir plan mövcuddursa, ona təəccüb etmək lazım deyil. Qərb institutlarının böyük və uzaqgörən planları olur. Onlar yeni irq formalaşdırmaq niyyətindədir. Yəni 3 irqin birləşməsi nəticəsində alınan yeni bir nəsil hazırlayırlar. Söhbət Afro-asiya və Avropa irqlərinin bir-birinə qovuşması nəticəsində yeni bioinsan resursunu yaratmaq niyyətindən gedir. Bu planın ilk mərhələsi Yaxın Şərq və Afrikadan miqrantların Avropaya köçməsilə əlaqəli idi. Prosesin sonrakı gedişində isə onların iştahası bir qədər böyüdü və indi başqa dövlətləri də prosesə qatırlar. 

Britaniya anlayır ki, gəlmələrin sayı adada durmadan artır. Hazırda ABŞ belə bir problem yaşayır. 2040-cı ildən sonra ABŞ-da ağdərilərin sayı digərlərinə nisbətən azalacaq. Bu da Vaşinqtonu ciddi şəkildə narahat edir. Ona görə də bəzi dairələr, Tramp çalışır ki, Meksika ilə sərhəddə divar tikilsin. Anoloji problemi Avropa, Böyük Britaniya, Fransa da yaşayır. Bu səbəbdən onlar da həmin problemin çözümünə ciddi diqqət ayırmağa başlayıblar”. 

Ekspert qeyd edir ki, bu addımlarda Qərbin məqsədi öz ölkələrini gəlmələrdən qorumaqdır:

“Bu səbəbdən də gəlmələrə yeni məkanlar axtarırlar. Ona görə Ermənistana da belə məkanlardan biri kimi baxırlar. Hazırda Ermənistan boşalır. Yerli əhali Ermənistanı tərk edib gedir. Ölkə ağır durumdadır, daxili sosial vəziyyət gərgindir. Nəticədə boşalan Ermənistan digərləri üçün mənzilə çevrilmək planının tərkib hissəsinə çevrilir. 

Britaniya bu sayaq işlərdə böyük təcrübəyə malikdir. Hələ XIX əsrin sonlarından bəri yəhudi icmalarının yaradılması üçün Çörçil və digərləri, Afrikada, Keniya və Uqanda da yerlər ayırmaq niyyətində olublar. Yəni ingilislər bir sıra millət, xalq və toplumların xəbəri olmadan belə onların müqəddəratını həll etməyə cəhdlər edirdi. 

Ermənistana gəldikdə, London yəqin ki, bu ölkədə yaşayan insanların, toplumun öz müqəddəratını həll etmə imkanı qarşısında aciz olduğu, öz dövlətlərini qura və onun institusional quruculuğunu təmin edə bilmədiklərinə görə, çıxış yolunu digər ölkələrdən olan miqrantları Ermənistana köçürməkdə görürlər.

Belədə, Ermənistanda yaranan insan boşluğunu digərləri hesabına doldurmağa çalışırlar. 

Odur ki, Afrika və Əfqanıstandan gələnləri Ermənistanda yerləşdirmək qərarına gəliblər. Maraqlı görünən Ermənistanda yaşayan yerli hayların məsələyə necə münasibət bəsləməsidir. Ən vacib məsələ budur. Görünən odur ki, planın həyata keçməsilə Ermənistan qaçqın düşərgəsinə çevriləcək”. 

Rüfət Sultan, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO