Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha bir sazişi təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bununla bağlı qərar "Resmi Qezete"də dərc olunub.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə yeni nazirlik yaradıldı – Ərdoğandan SƏRƏNCAM
Qərara əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti
arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş” qüvvəyə minib.
Qeyd edək ki, 2020-ci ilin fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib.
İclas başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
Bizim.Media