Ermənistan-Türkiyə sərhədinin açılması region üçün mühüm hadisə olacaq – Paşinyan 

Ermənistan-Türkiyə sərhədinin açılması region üçün mühüm hadisə olacaq – Paşinyan 

Hazırda oxunan: Ermənistan-Türkiyə sərhədinin açılması region üçün mühüm hadisə olacaq – Paşinyan 

186548

Ermənistan Türkiyə ilə üçüncü ölkə vətəndaşları üçün dövlət sərhədinin açılması və diplomatik münasibətlərin normallaşması ilə bağlı razılaşmaların həyata keçirilməsini gözləyir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Əldə olunan və rəsmi şəkildə qeydə alınan razılaşmaların icrasını gözləyirik. Bu, üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Ermənistan və Türkiyənin dövlət sərhədinin açılması ilə bağlıdır. Ümumiyyətlə, Ermənistan-Türkiyə sərhədinin açılması region üçün mühüm hadisə olacaq”, - o bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO