Zelenskidən tanınmış 2 erməni iş adamına qarşı SANKSİYA

Zelenskidən tanınmış 2 erməni iş adamına qarşı SANKSİYA

Hazırda oxunan: Zelenskidən tanınmış 2 erməni iş adamına qarşı SANKSİYA

18652

Ukrayna Prezidenti Vladimir Zelenski 13 ölkə vətəndaşına qarşı qaçaqmalçılığa görə sanksiya tətbiq edilməsi barədə fərman imzalayıb.

Bizim.Media Prezident Ofisinin saytına istinadla xəbər verir ki, bu barədə qərar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sonuncu iclasında qəbul edilib. Fərman Ukrayna Prezidenti Ofisinin rəsmi saytında aprelin 21-də dərc edildiyindən həmin gündən qüvvəyə minib.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski Donbas problemi ilə bağlı yeganə çıxış yolunu AÇIQLADI


Sanksiya tətbiq edilən Ukrayna vətəndaşları arasında tanınmış erməni əsilli iş adamı Tiqran Melkonyan da var. O, Odessadan olan iş adamıdır. Onun rəhbəri olduğu “Skaylayn” şirkəti barədə hələ 2018-ci ildə Livandan qaçaqmal yolu ilə siqaret daşımasına görə cinayət işi açılıb.

Bir neçə il ərzində Tiqran Melkonyan qaçaqmalçılıq cinayəti üzrə təqib olunub.

Sanksiya 3 il müddətində qüvvədə olacaq. Sanksiyaya məruz qalan iş adamlarının aktivləri dondurulacaq, ticarət əməliyyatları tamamilə dayandırılacaq, Ukraynadan kapitalın çıxarılmasının qarşısı alınacaq, dövlət əmlakının özəlləşdirilməsi, qiymətli kağızlarla əməliyyatları qadağan ediləcək.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bir neçə gün öncə tanınmış erməni əsilli iş adamı Araik Amirxanyanın da Ukrayna vətəndaşlığını ləğv edən fərman imzalamışdı.

Araik Amirxanyan korrupsiya və qaçaqmalçılıq qalmaqalında günahlandırılıb və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO