Ermənistan parlamenti təcili iclas KEÇİRƏCƏK - Azərbaycanla sərhədin delimitasiyası müzakirə olunacaq

Ermənistan parlamenti təcili iclas KEÇİRƏCƏK - Azərbaycanla sərhədin delimitasiyası müzakirə olunacaq

Hazırda oxunan: Ermənistan parlamenti təcili iclas KEÇİRƏCƏK - Azərbaycanla sərhədin delimitasiyası müzakirə olunacaq

186284

Aprelin 9-da günün ikinci yarısında Ermənistan parlamenti müxalifətin təşəbbüsü ilə Milli Assambleyada “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyasının əsas problemləri” mövzusunda təcili iclas keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə  “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, “Ermənistan” və “Mənim şərəfim” fraksiyaları müzakirəyə baş nazirin müavini Mher Qriqoryanı və xarici işlər naziri Ararat Mirzoyanı dəvət ediblər. 
Məlumata görə, müxalifət növbədənkənar iclası açıq, hakimiyyət isə qapalı rejimdə keçirmək niyyətindədir. Minasyanın sözlərinə görə, bu məsələ sabah iclasdan əvvəl səsvermə yolu ilə həll olunacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO