“Əskipara sadəcə kənd, coğrafi nöqtə olmaqdan çıxıb. O, mübarizə və qələbə rəmzinə çevrilib”.
Bizim.Media xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş məmuru, yepiskop Baqrat Qalstanyan Müqəddəs Məryəmin anım günü - ibadət zamanı sərhəd kəndinin sakinlərinə müraciətində deyib.
O, revanşist iddialar irəli sürərək Qazaxın işğal altındakı kəndlərinin qaytarılmasına qarşı çıxıb.
“Biz həlledici məqamla üz-üzəyik. Məhz burada, bu ərazidə və bu anlarda erməni xalqının gələcəyinin əsasını təşkil edəcək gün hazırlanır”, - deyə erməni keşiş sərsəm açıqlama verib.
Bizim.Media