Anna Akopyandan göstəriş: “Zəngəzurda Paşinyanı söyənlər həbs olunsun”

Anna Akopyandan göstəriş: “Zəngəzurda Paşinyanı söyənlər həbs olunsun”

Hazırda oxunan: Anna Akopyandan göstəriş: “Zəngəzurda Paşinyanı söyənlər həbs olunsun”

18608

Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyana zəng edərək aqressiv tonda Zəngəzur mahalına (Sünik) Paşinyanın ziyarəti zamanı ona təhqiramiz ifadələr deyən bütün fəalların həbs olunmasını əmr edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Dejavyu" Telegram kanalı yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan "Nikol xaindir!", "Nikol türkdür!" şüarı ilə qarşılandı - VİDEO 


Anna Akopyan şikayət edib ki, ərinin söyüldüyünü MTX itaətkarlıqla izləyib.

O, telefon zəngində Abazyana hədə-qorxu da gəlib: “Heç bir addım atmasanız, bu gün sizin son iş gününüz olacaq. Onsuz da son 6 ayda 5 direktor dəyişdirilib, yenisini də dəyişdirmək heç də çətin olmayacaq”.

Anna Akopyan qışqıraraq “Belə davam edərsə, bölgələrdə seçkiqabağı təbliğat apara bilməyəcəyik” sözlərini deyib:

“Qafanlıların coşğusu digər bölgələrə, hətta İrəvana da adlayacaq. Onlar cəzalandırılmalıdır ki, başqalarına dərs olsun”.

Telegram kanalının iddiasına görə, Abazyan artıq göstərişə əməl edib və bu gecə Zəngəzur sakinlərinin kütləvi həbsləri gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO