Brüsseldə Ermənistan və Avropa İttifaqı (Aİ) arasında “Eurojust” çərçivəsində əməkdaşlıq sazişi imzalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edək ki, “Eurojust” Aİ-nin məhkəmə sistemi ilə məşğul olan agentliyidir. Bu struktur Aİ üzvü olan hər bir dövlətindən oxşar səlahiyyətlərə malik prokurorlar, hakimlər və ya polis məmurlarını özündə birləşdirir. “Eurojust”-ın missiyası transsərhəd və mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizəni gücləndirməkdir.
Xatırladaq ki, bu gün Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayan, ABŞ dövlət katibi Antoni Blinken və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Josep Borrell arasında dördtərəfli görüş keçirilib.
- A-
- A
- A+
Region
17:41 / 05.04.2024
Brüsseldə Aİ və Ermənistan arasında əməkdaşlıq sazişi imzalandı – VİDEO
Hazırda oxunan: Brüsseldə Aİ və Ermənistan arasında əməkdaşlıq sazişi imzalandı – VİDEO
Hazırda oxunan: Brüsseldə Aİ və Ermənistan arasında əməkdaşlıq sazişi imzalandı – VİDEO
185835
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.