Bu gün, aprelin 4-də İrəvan Ümumi Yurisdiksiya Məhkəməsində hakim Vaqe Misakyanın sədrliyi ilə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan və digərlərinin işi üzrə məhkəmə iclası keçirilir.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, məhkəmə prosesi yekunlaşmaq üzrədir.
Bu gün onların yekun çıxışları gözlənilir.
Prokuror ittiham aktında Serj Sarkisyanın, Barseq Beqlaryan və digərlərinin iddia müddətinin başa çatması əsasında cinayət məsuliyyətindən azad edilməsini xahiş edib.
İttihama görə, Serj Sarkisyanın təşəbbüsü, Barseq Beqlaryanın təhriki, Samvel Qalstyan və Gevorq Arutyunyanın köməyi ilə Serqo Karapetyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək olan müddətdə külli miqdarda pul israf edib.
Qeyd edək ki, Serj Sarkisyana qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 38-179-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndi - mənimsəmə və ya xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata görə, Sarkisyan ona qarşı irəli sürülən ittihamları qəbul etmir və vəkilləri bu prosesi siyasi təqib kimi qiymətləndirir.
Bizim.Media
- A-
- A
- A+
Region
17:55 / 04.04.2024
Serj Sarkisyanın məhkəməsi keçirilir - HANSI CƏZA VERİLƏCƏK?
Hazırda oxunan: Serj Sarkisyanın məhkəməsi keçirilir - HANSI CƏZA VERİLƏCƏK?
Hazırda oxunan: Serj Sarkisyanın məhkəməsi keçirilir - HANSI CƏZA VERİLƏCƏK?
185687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.