Aprelin 20-də axşam saat 20.00 radələrində Ermənistanın Gümrü şəhərində qətl hadisəsi baş verib. Kişi qonşusunun evində 65 yaşlı arvadını öldürüb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda kişi tapılmır – Hərbçilər müqavilə ilə 63 yaşadək xidmət edəcəklər
Mənbə yazır ki, cinayətdə istifadə edilən bıçaq dəlil kimi götürülüb.
İnsident Şirakatsi küçəsindəki evlərdən birində qeydə alınıb.
Şirak vilayətinin prokuroru Gurgen Gevorgyan Sputnik Armenia-ya müsahibəsində deyib ki, qadın qonşularının evində olub. Bu vaxt əri sərxoş vəziyyətdə arvadının dalınca qonşularının mənzilinə gəlib və aralarında məişət zəminində mübahisə başlayıb.
Bundan sonra o, bıçağı götürərək arvadının mədəsinə və sinəsinə zərbələr endirib.
Bizim.Media