İrəvandan Qarabağ ermənilərinə daha bir ZƏRBƏ: "Artsax" məsələsi qapanıb

Hazırda oxunan: İrəvandan Qarabağ ermənilərinə daha bir ZƏRBƏ: "Artsax" məsələsi qapanıb

185627

Özünü Qarabağ ermənilərinin xilaskarı elan edən Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Təhlükəsizlik Şurasının katibi Armen Qorigoryanın simasında dəstək tapmağı planlaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Mənbə qeyd edir ki, Vardan Oskanyan Armen Qriqoryanla görüş istəyib:

"Yalnız görüş təxminən 20 dəqiqə çəkib və Armen Qriqoryan Oskanyanın və onun yanında gələnlərin sözlərini sonadək dinləmək belə istəməyib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi "Artsax" məsələsinin qapalı olduğunu, hökumətin bu məsələdə heç nə edə bilməyəcəyini açıq şəkildə bildirib".

Görəsən, revanşistlərin nəhayət başa düşməsi üçün “Artsax məsələsi bitib” kəlməsini onlara neçə dəfə və hansı dildə demək lazımdır?

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO