Xəbər verdiyimiz kimi, dünən axşam Ermənistan Baş naziri Nikol Paşinyan və parlamentin vitse-spikeri Alen Simonyan təcili Zəngəzur mahalına (Sünik) gəlib. Səfərlə bağlı Simonyan Facebook səhifəsində status paylaşıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
Vitse spiker Baş nazirlə Şurnuxuda bir neçə ailənin qəfil qonağı olduqlarını qeyd edib:
“Gəlişimizi heç kəsin gözləmirdi”.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan təcili Zəngəzura getdi
Simonyan görüşlə bağlı fotoşəkillər də yayımlayıb.
Şəkillərdən görünür ki, ermənilər Azərbaycanın bu qədim kəndində çox acınacaqlı şəraitdə yaşayırlar.
Xatırladaq ki, 2020-ci il noyabrın 9-da üçtərəfli bəyanatın imzalanmasından sonra vəziyyət yalnız Qarabağ üçün deyil, Ermənistanın bəzi bölgələri üçün də dəyişib. Bu il yanvarın 5-də Zəngəzur mahalının (Sünik) Şurnuxu kəndində 11 fərdi ev olan ərazi Azərbaycana verilib.
Bizim.Media