"Sabah Brüsseldə keçirilməsi planlaşdırılan Paşinyan-Von der Leyen-Blinken görüşü Ermənistanın Aİ-yə üzvlük üçün müraciət edib-etməyəcəyinə, Avropa yolu ilə getməsinə, yoxsa Rusiya ilə Avropa arasında tarazlıq yaradan qeyri-müəyyən status-kvonu saxlamağa davam edəcəyinə aydınlıq gətirəcək".
Bizim.Media xəbər verir ki, bu fikirlər “Hraparak” nəşrinin hazırladığı materialda yer alıb.
Mənbə yazır ki, hakim “Vətəndaş müqaviləsi” partiyasında xüsusilə bu görüşün nəticələrini səbirsizliklə gözləyirlər:
"Bundan sonra partiya üzvləri Nikol Paşinyanla görüşəcək və yekun nəticə barədə qərar verəcəklər. Məsələ burasındadır ki, baş nazirin və hökumətyönlü qanunvericilərin son qapalı görüşündə deputatlar növbəti dəfə öz mövqelərini bildiriblər. Deyiblər ki, iqtisadiyyatımız Rusiyadan çox asılı olduğu üçün qumara girib Aİ-yə üzvlük üçün müraciət etməyin mənası yoxdur. Rusiya isə təbii ki, bu “xəyanətə” dözməyəcək. Hətta belə fikirlər səslənib ki, Avropaya ediləcək “müraciət” Zəngəzur dəhlizinin açılması və Zəngəzur mahalının (Sünik) itirilməsi ilə nəticələnə bilər.
Bununla belə, hakimiyyətyönlü dairələr sonda belə qənaətə gəliblər ki, Qərbdən ciddi maliyyə dəstəyi tələb olunmalıdır. Hətta hesablayıblar ki, Qərb ən azı 7-8 il ərzində Ermənistana hər il 2-3 milyard dollar ayırmalıdır ki, Ermənistan iqtisadiyyatını şaxələndirib Rusiyadan ayrılsın,
Rusiya regiondan sıxışdırılsın. Yəni bu “xəyanətin” qiyməti var və ildə 3 milyard dollar təşkil edir.
Komanda yoldaşlarının narahatlığına cavab olaraq Paşinyan isə bildirib ki, ona belə bir təminat verilməyib. Bununla belə, Baş nazir “Vətəndaş müqaviləsi"nin nümayəndələrinin dar dairəsinə pıçıldayıb ki, Avropa ən azı 1 milyard dollar məbləğində maliyyə dəstəyi verməyə razıdır".
Bizim.Media
- A-
- A
- A+
Region
12:00 / 04.04.2024
Ermənistan Rusiyaya arxa çevirsə, Zəngəzuru itirəcək - İRƏVAN DİLEMMA QARŞISINDA
Hazırda oxunan: Ermənistan Rusiyaya arxa çevirsə, Zəngəzuru itirəcək - İRƏVAN DİLEMMA QARŞISINDA
Hazırda oxunan: Ermənistan Rusiyaya arxa çevirsə, Zəngəzuru itirəcək - İRƏVAN DİLEMMA QARŞISINDA
185603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.