Paşinyan təcili Zəngəzura getdi

Paşinyan təcili Zəngəzura getdi

Hazırda oxunan: Paşinyan təcili Zəngəzura getdi

18553

Ermənistan baş naziri Nikol Paşinyan Sünik bölgəsinə (Zəngəzur-red.) gizli səfər edib.

Bizim.Media bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilir ki, Paşinyanla yanaşı ABŞ-ın Ermənistandakı səfiri də Sünikdə olub.

"Nikol Paşinyan gözlənilmədən Sünikə gedib, gecə yarısı Qafana gələcək. Sünikdə bu ziyarət barədə heç kimə məlumat verilməyib. İnsanlar burada təşviş içindədirlər və fərqli fərziyyələr irəli sürürlər. Onlardan biri də Paşinyanın sərhəddə gecə saatlarında görüş keçirməyə hazırlaşmasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

“Paşinyan Qarabağa görə utanmır” – Erməni deputat


Maraqlıdır ki, "təsadüf" nəticəsində prezident Armen Sarkisyan da artıq bir neçə gündür Sünikdədir. Dünəndən bəri isə ABŞ səfiri Linn Treysi Sünikə gəlib.

O, dünən Sisianın meri ilə görüşüb və müharibədən sonrakı dövrdə buradakı insanların durumu ilə maraqlanıb.

Sünikdə sakinlər belə hesab edirlər ki, Ermənistan rəhbərləri ilə ABŞ səfirinin eyni vaxtda bu həssas bölgədə peyda olması təsadüfi deyil. Onların bu ərazilərə gözlənilməz səfərlərinin arxasında hansısa arzuolunmaz maraqlar dayanır", - məlumatda qeyd olunub. (virtualaz.org)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO