Gürcüstan parlamentinin bugünkü iclası deputatların davası ilə başlayıb.
Bizim.Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, deputat Aleko Elisaşvili hakim "Gürcü Arzusu" partiyasının "xarici agentlər" haqqında qanun layihəsini yenidən parlamentə təqdim etməsinin hər kəsə qarşı təhqir olduğunu və bunun "Rusiya qanunu" olduğunu deyib.
Elisaşvilinin bəyanatı hakim partiyanın deputatları tərəfindən etirazla qarşılanıb və mübahisə davaya çevrilib.
Parlamentin sədri Şalva Papuaşvili deputatlardan “Rusiya qanunu” sözünü işlətməməyi tələb edib. Sonra spiker Aleko Elisaşvilini iclas zalını tərk etməsini tələb edib.
Bizim.Media