İsveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı - SƏBƏB

İsveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı - SƏBƏB

Hazırda oxunan: İsveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı - SƏBƏB

18543

İsveçin xarici işlər naziri Ann Linden və bu ölkənin müdafiə naziri Peter Hultkvistin terrorçu təşkilatların rəhbərləri ilə onlayın görüşməsi Türkiyə tərəfinin ciddi narazılığına səbəb olub.

Bizim.Media Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadla xəbər verir ki, Suriyanın şimal-şərqində yerləşən PKK/YPG terror təşkilatlarının rəhbərliyi ilə fəaliyyət göstərən SDG (Suriya Demokratik Gücləri) və SDK (Suriya Demokratik Konseyi) ilə İçveçin vəzifəli şəxsləri arasındakı təmasların çoxalması barədə narazılıq sərt qınaq şəkilində səfirin diqqətinə çatdırılıb və görüşülən şəxslərin Avropa İttifaqının da terror təşkilatı kimi tanıdığı PKK terror təşkilatı mənsubları olduqları bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyənin yeni səfiri Bakıdadır - FOTOLAR


Keçirilən görüşdə İsveç tərəfi terror təşkilatlarına dəstək verməməyə, Suriyanın birliyi, ərazi bütövlüyü və davamlı sabitliyi naminə səy göstərməyə dəvət edilib.

Bildirilib ki, kimin dəstəkləməsindən asılı olmayaraq Türkiyə İŞİD və PKK terror təşkilatlarına qarşı mübarizəsini bundan sonra da qətiyyətlə davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO