İstərdim ki, Ermənistanın baş naziri Nikol Paşinyan utansın, ancaq onu tanıdığım üçün deyə bilərəm ki, o, utanmağı belə bacarmır.
Bizim.Media xəbər verir ki, bu fikirləri "Parlaq Ermənistan" partiyasının parlament fraksiyasının katibi Gevorg Qorqisyan aprelin 20-də parlamentdə keçirilən ənənəvi brifinqlər zamanı “Nikol Paşinyan niyə Qarabağa getmir?” sualını cavablandırarkən səsləndirib.
Qarabağda qondarma rejimin “Fövqəladə Hallar Xidməti”nin direktor müavininin vəzifəsindən azad olunmasına münasibət bildirən Qorqisyan qeyd edib ki, belə halların baş verməsi çox təbiidir:
“Ölkəmizdə mövcud problemlər səbəbindən təyinat və ya işdən çıxarılma həyata keçirilmir. Hər şey müstəsna olaraq müəyyən partiya maraqlarından irəli gələrək bir nəfərin şıltaqlığı ilə edilir. Bu, məni təəccübləndirmir.
Qarabağ “Fövqəladə Hallar üzrə Dövlət Xidməti”nin direktor müavininin təbirincə desək, siyasi bitərəfliyin pozulması mümkündür, amma bu, vəzifə səlahiyyətlərindən sui-istifadə hesab oluna bilərmi?”, deyə deputat yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
17:33 / 20.04.2021
“Paşinyan Qarabağa görə utanmır” – Erməni deputat
Hazırda oxunan: “Paşinyan Qarabağa görə utanmır” – Erməni deputat
Hazırda oxunan: “Paşinyan Qarabağa görə utanmır” – Erməni deputat
18508
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.