Mirzoyan: “Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”

Mirzoyan: “Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”

Hazırda oxunan: Mirzoyan: “Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”

185062

“Çətinliklər, problemlər var, lakin biz hesab edirik ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”.

Bizim.Media xəbər verir ki, bunu Eemənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın Todo Noticias telekanalına müsahibəsində deyib.

“Biz öz tərəfimizdən həll yollarını tapmaq üçün konstruktiv səylər göstəririk. Müqavilə imzalamaqdan danışarkən, razılaşdırılmalı olan vacib məqamlar var. Onların arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədin demarkasiyası var”, deyə o, əlavə edib.
Müsahibə zamanı Mirzoyan Ermənistanın NATO ilə əməkdaşlıq etdiyini, lakin təşkilata daxil olmaq planının olmadığını da bildirib: “Bu məsələ gündəmdə deyil”.

Xarici işlər naziri həmçinin bəyan edib ki, İrəvan Moskva ilə iqtisadi əlaqələri inkişaf etdirir, ikitərəfli ticarət var, təhlükəsizlik sektorunda yaxşı əlaqələr saxlanılır, lakin tərəflər eyni dildə danışmırlar.

Aİ-yə gəlincə, Mirzoyan qeyd edib ki, Aİ Ermənistan üçün əlverişli olduğu müddətdə Ermənistan ona yaxınlaşmağa hazırdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO