Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”

Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”

Hazırda oxunan: Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”

184895

Ermənistan  Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisinin müşaviri, siyasətçi Vladimir Poqosyan Tacikistan və tacik xalqı haqqında təhqiramiz ifadələrə yol verib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə YouTube-da yayımlanan “Noyan Tapan” kanalında “Birbaşa mətn” verilişində bütün postsovet məkanının Rusiyadan uzaqlaşmasından danışarkən deyib.

“Orada nə qalıb? Bədbəxt Tacikistan və bədbəxt Qırğızıstan. Bunlar yarı ac və yarı kasıb ölkələrdir. 

Tacikistan bu gün alçaldıcı siyasi vəziyyətdədir. Ölkə prezidenti Emoməli Rəhmon isə bu barədə Rusiya lideri Vladimir Putinin özünə dedi ki, “siz burada bizə ikinci dərəcəli vətəndaş kimi yanaşırsınız, gəlin bərabər şərtlərlə danışaq””, – deyə siyasətçi qeyd edib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO