Ermənistan hazırda Aİ-yə üzvlük məsələsini müzakirə etmir.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
“Düşünmürəm ki, bu, baş verə bilər. Ermənistan Aİ-yə üzv və ya namizəd olmaq üçün müraciət etməyib. Biz çox işlər görməliyik ki, Gürcüstan və ya Türkiyə kimi illərlə gözləməyək. Ermənistanda bir çox standartların dəyişdirilməsinə ehtiyac var. Biz ərizə təqdim etsək belə, bunun nə qədər vaxt aparacağı sual altındadır”, - deyə o, əlavə edib.
Xatırladaq ki, Simonyan bundan əvvəl bəyan etmişdi ki, Ermənistan Aİ ilə münasibətləri dərinləşdirməyə və üzvlüyə namizəd olmağa hazırdır.
Bizim.Media
- A-
- A
- A+
Region
15:28 / 27.03.2024
Alen Simonyan Ermənistanın Aİ-yə üzvlük məsələsindən danışdı
Hazırda oxunan: Alen Simonyan Ermənistanın Aİ-yə üzvlük məsələsindən danışdı
Hazırda oxunan: Alen Simonyan Ermənistanın Aİ-yə üzvlük məsələsindən danışdı
184402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.