Ermənistan prezidenti Azərbaycanla sərhədə gəldi – “Otlaqlarımız azərbaycanlıların nəzarətinə keçib”

Ermənistan prezidenti Azərbaycanla sərhədə gəldi – “Otlaqlarımız azərbaycanlıların nəzarətinə keçib”

Hazırda oxunan: Ermənistan prezidenti Azərbaycanla sərhədə gəldi – “Otlaqlarımız azərbaycanlıların nəzarətinə keçib”

18428

Ermənistan prezidenti Armen Sarkisyan və Ombudsman Arman Tatoyan Zəngəzur mahalına (Sünik) səfəri çərçivəsində sərhəddə yerləşən Xnatsax kəndini ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniatoday.news” saytı  prezidentin mətbuat xidmətinə istinadən yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İtkin düşən erməni hərbçinin atası: Əgər oğlumu geri qaytarmasalar, onların ailələrini məhv edəcəm


Mənbə yazır ki, Sarkisyan və Tatoyan kəndlilərlə söhbət ediblər, əsasən onların təhlükəsizlik, sosial-iqtisadi vəziyyət və insan hüquqları ilə əlaqəli problemləri ilə tanış olublar. Xüsusilə kəndlilər müharibədən sonra bəzi ərazilərin, əsasən də otlaqların azərbaycanlıların nəzarətinə keçdiyini bildiriblər. 

Qəsəbə sakinlərinin sözlərinə görə, hazırda təminat problemi ilə üzləşiblər. Onlar yolların təmiri, su və qaz təchizatı problemlərini də qeyd ediblər. 

Xnatsaxda prezident, həmçinin Tex, Xoznavar və Vaqur qəsəbələrinin rəhbərləri ilə də görüşüb. 

Armen Sarkisyan icmaların prioritet problemləri barədə daha ətraflı məlumatın prezident administrasiyasına təqdim edilməsini təklif edib. 

O, Prezident institutunun səlahiyyətləri və imkanları daxilində onların həllinə kömək etməyə hazır olduğunu bildirib. 

Bundan əvvəl, Zəngəzur mahalına səfəri çərçivəsində Armen Sarkisyan və Arman Tatoyan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin döyüş mövqelərini ziyarət ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO