İtkin düşən erməni hərbçinin atası: Əgər oğlumu geri qaytarmasalar, onların ailələrini məhv edəcəm

İtkin düşən erməni hərbçinin atası: Əgər oğlumu geri qaytarmasalar, onların ailələrini məhv edəcəm

Hazırda oxunan: İtkin düşən erməni hərbçinin atası: Əgər oğlumu geri qaytarmasalar, onların ailələrini məhv edəcəm

18425

44 günlük müharibə zamanı itkin düşən erməni hərbçinin atası Roman Gevorkyan hökumət binasının qarşısında oğlunun geri qaytarılmasını tələb edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “aysor.am” saytında yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni deputat: “Paşinyan qəbiristanlıqdan qovulan tək liderdir”


O, "oğlumu geri gətirin" çağırışını edib:

“Biz orduya igidlərimizi verdik, onlar isə qalıqlarını kisələrdə qaytardılar”.

“Paşinyanın vaxtının olmadığını deyirlər. Qəhrəmanlarınızın valideynlərini qəbul edə bilmirsinizsə, nəyə vaxtınız var? Uşağımı gətirib mənə verməlidirlər, geri qaytarmazlarsa, mən onların ailələrini məhv edəcəm.

Məni dayandıra bilməzlər. And içirəm ki, onlar üçün bir kabus olacağam. Məgər övladları mənimkindən əzizdir? Soyadları və adları ilə neçə adam olduğunu çox yaxşı bilirlər.

Qəhrəmanların valideynlərinin qapınıza gəlməsinə icazə vermirsinizsə, bundan sonra siz kimsiniz və niyə burdasınız?

Artıq məni özlərinə düşmən etdilər. Onlara qəhrəmanları verdik, kisələrdə gətirib dedilər ki, bu sənindir?”. İtkin düşən hərbçinin atası jurnalistlərə verdiyi müsahibədə belə deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO