"Hazırda tarixi Ermənistandan real Ermənistana ağrılı keçid var. Bu proses bizim tarixi məsuliyyətimizdir. Biz bu prosesə münasibət bildirməliyik".
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən Gümrü şəhərində “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında deyib.
Onun sözlərinə görə, bu prosesə iki yanaşma var.
“Yanışmalardan biri belədir. Biz hər cür şəkildə tarixi Ermənistandan reallığa keçidin əleyhinəyik, bunun qeyri-mümkün və qəbuledilməz olduğunu deyirik. İkinci yanaşma isə odur ki, tarixi Ermənistandan keçidi tarixi zərurət hesab edirik. Biz bu yolla getməliyik. Ermənistan Respublikasının təhlükəsizliyini, rifahını, iqtisadi inkişafını və xoşbəxtliyini təmin etməliyik. Mənim qavrayışım və qiymətləndirməm bundan ibarətdir.
Əgər biz bu seçimi etməsək, real Ermənistan da tarixə çevriləcək (yəni yox olacaq - red.)”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
12:52 / 24.03.2024
Paşinyan: “Bu seçimi etməsək, Ermənistan yox olacaq”
Hazırda oxunan: Paşinyan: “Bu seçimi etməsək, Ermənistan yox olacaq”
Hazırda oxunan: Paşinyan: “Bu seçimi etməsək, Ermənistan yox olacaq”
183981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.