Erməni deputat: “Paşinyan qəbiristanlıqdan qovulan tək liderdir”

Erməni deputat: “Paşinyan qəbiristanlıqdan qovulan tək liderdir”

Hazırda oxunan: Erməni deputat: “Paşinyan qəbiristanlıqdan qovulan tək liderdir”

18390

Ali Məhkəmə Şurasının rəhbəri Ruben Vardazaryan siyasi təqiblərin qurbanıdır. 

Bizim.Media xəbər verir ki, bu fikirləri müstəqil deputat Gevorg Petrosyan səsləndirib.

O, “news.am” saytının efirinə qonaq kimi qatılıb və bəzi mətləblərə toxunub.

“Təfərrüatlarını bilmirəm, amma inamla deyə bilərəm ki, Vardazaryanın ittiham olunduğundan Nikol Paşinyan qətiliklə xəbərdar olub. Ruben Vardazaryan bəzi obyektiv mühakimələr edən kimi, siyasi təqiblərə məruz qaldı”. Petrosyan belə deyib.

Onun sözlərinə görə, Paşinyan baş nazir olduğu müddətdə heç vaxt ictimaiyyəti birləşdirən müraciətlər etməyib: 

“Müharibə belə onu buna vadar etmədi. Nikol, sən qəbiristanlıqdan qovulan tək lidersən. Bu, insanların ona olan obyektiv münasibətidir”.

O, hökümət başçısının parlamentdəki son çıxışı zamanı bərpa proqramları haqqında bir söz demədiyini də vurğulayıb. 

“Onun bir məqsədi var - yalamaq, dişlərini qıcatmaq, baş nazir kürsüsündə qalmaq. Tabutu çox böyük olmalıdır ki, kabinet rəhbərinin kürsüsünü özü ilə götürsün, heç olmasa o biri dünyada onunla birlikdə qucaqlaşsın. Heç vaxt kreslosuna bu qədər yapışan bir liderimiz olmamışdı”, deyə Gevorg Petrosyan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO