Rza Talibi: “Qərbin Ermənistanla təhlükəsizlik paktı imzalaması İrana qarşı yönəlib” – ÖZƏL

Rza Talibi: “Qərbin Ermənistanla təhlükəsizlik paktı imzalaması İrana qarşı yönəlib” – ÖZƏL

Hazırda oxunan: Rza Talibi: “Qərbin Ermənistanla təhlükəsizlik paktı imzalaması İrana qarşı yönəlib” – ÖZƏL

183856

“Ermənistanın sözügedən paktı imzalaması, İran üçün yaxşı ssenari deyil. Onlar Rusiya ilə yanaşı İranıda nəzarətə almağa çalışırlar”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Cənubi azərbaycanlı politoloq Rza Talibi deyib. 

“Ermənistan İranı müttəfiq olaraq görmək istəmir”
NATO, Avropa Birliyi və ABŞ-ı Ermənistanın təhlükəsizliyi ilə bağlı pakt imzalayacağı ilə bağlı məlumatları şərh edən Rza Talibi, Qərbin bu layihəsinin yalnız Rusiyaya qarşı deyil, həmçinin İrana qarşı olduğunu bildirib.

“Hazırda İranın Ermənistana qarşı hansısa addımlar atacağına inanmıram. İran üçün Ermənistanın İran-Rusiya-Ermənistan paktından kənara çəkilməsi qəbuledilməzdir.

Düşünmürəm ki, şiddətli formada İran-Ermənistan münasibətləri zədələnsin. Çünki İranın başqa çarəsi yoxdur. 

İranın getdikcə münasibəti olan ölkələrlə əlaqələri kəsilir. İranın qonşuları da İrandan zamanla uzaqlaşır. İran üçün sanksiyalardan yayınmaq və həyatına davam etmək üçün Ermənistan çox vacib idi. Lakin Ermənistanın Aİ üzvlüyünə müsbət baxılarsa, İran üçün bir çox məsələlər imkansız hala gələcək. Təbii ki, münasibətlər dəyişəcək. Reallıq budur ki, Ermənistan İranı müttəfiq olaraq görmək istəmir”

“Bu, Moskvaya xəyanətdir”

Rza Talibi bildirib ki, İrandan daha çox Rusiya İrəvana dərs verməyə çalışacaq. Çünki Cənubi Qafqazdan Rusiyaya qarşı növbəti cəbhənin açılmasına təşəbbüs belə Moskvaya xəyanətdir:

“Bu fikirlər Ermənistanın istəyi üzərindən formalaşmayıb. Rusiya-Ukrayna müharibəsi fonunda Qərb hərtərəfli olaraq Moskvanı çərçivəyə salmağa çalışır. Cənubi Qafqaz bu məqamda daha münasib görünür. Belə bir paktın imzalanması onu göstərir ki, NATO Rusiyanı Şərqi Avropada deyil, bu bölgədə də mühasirəyə almağa çalışır. 

NATO çalışır ki, Rusiyanı Cənubi Qafqazdan xaric etsin. Bunu da Ermənistanın əli ilə etmək daha asandır. Ancaq Ermənistanın pakt imzaladıqdan sonra Aİ üzvü olması məsələsi onu deməyə əsas verir ki, Ermənistan da Gürcüstan kimi Aİ-nin, Qərbin Cənubi Qafqaza girməsi üçün çalışır. 
Paktın imzalanıb-imzalanmamasının Azərbaycanla Ermənistan arasındakı sülhə təsir etməyəcəyini düşünürəm. Çünki bugün NATO-nun Bakıya ehtiyacı var”, - deyə R.Talibi əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO