“Hazırda Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesinin aparılacağı xəritələrlə bağlı hər hansı razılıq əldə edilməyib”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatı zamanı çıxışında deyib.
MÖVZU İLƏ BAĞLI:
Zaxarova: "Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla bağlı casusluq edir"
“1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması haqqında saziş var. Və belə bir anlayış var ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi aparılmalıdır, bunun da siyasi əsası Alma-Ata Bəyannaməsi olmalıdır”, - deyə Paşinyan qeyd edib.
Bizim.Media