Alen Simonyan Qarabağın separatçı

Alen Simonyan Qarabağın separatçı "deputatı" ilə rəsmi görüşdən imtina etdi

Hazırda oxunan: Alen Simonyan Qarabağın separatçı "deputatı" ilə rəsmi görüşdən imtina etdi

183439

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Qarabağdakı sabiq qondarma rejimin "parlamenti"nin spikeri Qaqik Baquntsla fərdi şəxs kimi bir araya gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrə istinadən yazıb. 

Qəzet qeyd edir ki, Baqunts əvvəlcə Simonyanla parlamentlərarası (?) əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırıb, lakin Ermənistan parlamentinin sədri onu yalnız sıravi vətəndaş kimi qəbul etməyə hazır olduğunu deyib.

Parlament rəhbərinin mətbuat katibi Nelli Qulyan belə bir təklifin edildiyini təsdiqləyib və Simonyanın rəsmi görüşdən imtina etdiyini bildirib.

Nəhayət, Baqunts Simonyanla qeyri-rəsmi statusda görüşüb, lakin görüş zamanı o, parlamentlərarası (?) məsələlər üzrə dialoqa başlamağa cəhd edib. Lakin onun cəhdləri uğursuz alınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO