Ermənistanın İsraildəki səfirinə qarşı CİNAYƏT İŞİ – İTTİHAMIN DETALLARI

Ermənistanın İsraildəki səfirinə qarşı CİNAYƏT İŞİ – İTTİHAMIN DETALLARI

Hazırda oxunan: Ermənistanın İsraildəki səfirinə qarşı CİNAYƏT İŞİ – İTTİHAMIN DETALLARI

18341

Ermənistanın İsraildəki səfiri Armen Smbatyana qarşı cinayət işi qaldırılıb. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Armen Smbatyan “çirkli pulların yuyulması” və İrəvanda tarixi binanın qanunsuz satışında günühlandırılır. 

Diplomat Ermənistanın sabiq mədəniyyət və gənclərlə iş üzrə naziri ilə qanunsuz əməkldaşlıqda ittiham olunur. 

Məlumata görə, Ermənistanın İsraildəki səfiri həm də “Xarici ölkələrlə mədəni əlaqələr erməni cəmiyyəti”nin rəhbəridir. Həmin cəmiyyətin müavini isə eks nazir Asmik Poqosyan idi. Bu iş birliyi nəticəsində İrəvanın “Abovyan 3” ünvanında yerləşən tarixi bina müxtəlif yollarla sənədləşdirilib və satılıb.  

550 min dollara satılan binanı isə sabiq nazirin gəlinin adına olan ofşor şirkət alıb. Toplanan dəlillər Smbatyana təqdim olunub və o, vəzifə səlahiyyətlərindən sui-istifadə, “pulların yuyulması” maddələri ilə ittihama məruz qalıb. Keçid tədbirləri üçün Smbatyanın girov məbləği 40 min dollar müəyyənləşdirilib. 

Əksər erməni ekspertlər son zamanlar Ermənistanda baş verən istefaları Azərbaycan modeli ilə müqayisə edirlər.

Onların fikrincə, 44 günlük savaşda “Dəmir Yumruğ”un gücünü görən Paşinyan inkişaf üçün Bakıdan nümunə götürmək istəyir. Yəni, Nikolun start verdiyi məmur istefa və həbslərinin ilham mənbəyi Azərbaycanda aparılan kadr islahatlarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO