Rəsmi Moskva: Diplomatların qovulmasına görə Çexiyaya cavab veriləcək

Rəsmi Moskva: Diplomatların qovulmasına görə Çexiyaya cavab veriləcək

Hazırda oxunan: Rəsmi Moskva: Diplomatların qovulmasına görə Çexiyaya cavab veriləcək

18282

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Çex Respublikasındakı səfirlik işçilərinin qovulmasına Rusiya yaxın zamanlarda cavab verəcək.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

"Gəlin, hadisələri qabaqlamayaq, iş həftəsi irəlidədir. Bu cür addımlara aydın şəkildə cavab vermək vacib idi. Bu qərarın tələb olunan konkret tətbiqi düşünürəm ki, yaxın gələcəkdə olacaq".
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın Praqa səfirliyi önündə iğtişaşlar başladı – DAVA DÜŞDÜ


Zaxarova bunu “Rusiya-1” televiziya kanalının efirində aparıcının Çex Respublikasından diplomatların qovulmasına olan cavabın necə veriləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Daha əvvəl Çex Xarici İşlər maziri Yan Hamacek bazar ertəsi günü AB xarici işlər nazirlərinin toplantısında "Vrbetitca işi" ni müzakirə etmək istədiyini söyləyib.

Çexiya Baş naziri Andrey Babiş şənbə günü Rusiya xüsusi xidmət orqanlarının 2014-cü ildə Vrbetitsadaki sursat anbarında baş verən partlayışda şübhəli olduğunu bildirib.

Çexiya Xarici İşlər naziri Yan Hamacek 18 rus diplomatın ölkədən çıxarıldığını, onlara 48 saat vaxt verildiyini və Çex polisinin Rusiya vətəndaşları -  Aleksandr Petrovu və Ruslan Boşirovu axtarışa verdiklərini söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Praqanın 18 rus diplomatı ölkədən çıxarmaq niyyətini şərh edərkən bildirib ki, Çex Respublikası bundan sonra nə olacağını yaxşı bilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO