Kobaxidze Bakı və İrəvana səfər edəcək - Cənubi Qafqazda sülhün təşviqinə dair müzakirələr aparılacaq

Kobaxidze Bakı və İrəvana səfər edəcək - Cənubi Qafqazda sülhün təşviqinə dair müzakirələr aparılacaq

Hazırda oxunan: Kobaxidze Bakı və İrəvana səfər edəcək - Cənubi Qafqazda sülhün təşviqinə dair müzakirələr aparılacaq

182618

Gürcüstanın baş naziri İrakli Kobaxidze gələn həftə Ermənistana səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan televiziyasının birinci kanalı məlumat verib.

Bildirilib ki, Baş nazir Azərbaycana səfərindən sonra İrəvana gedəcək.

"Biz ikitərəfli əməkdaşlıqla bağlı bütün məsələləri müzakirə edəcəyik. Regionda sülhün təmin edilməsi vacibdir, ikitərəfli münasibətlərin dərinləşməsi, Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üçün hər şey ediləcək", - deyə Kobaxidze səfərlə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycana səfər edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO