Paşinyandan MESAJ - Naxçıvan dəhlizi Ermənistanı xilas edəcək

Paşinyandan MESAJ - Naxçıvan dəhlizi Ermənistanı xilas edəcək

Hazırda oxunan: Paşinyandan MESAJ - Naxçıvan dəhlizi Ermənistanı xilas edəcək

18257

«Ermənistan blokada şəraitindən çıxmalıdır. Bu səbəbdən Naxçıvanla Azərbaycanın qalan əraziləri arasında nəqliyyat dəhlizini açmağa hazırdır».

Bizim.Media armeniasputnik.am saytına istinadən xəbər verir ki, belə bir açıqlama ilə ötən gün Ermənistan baş naziri Nikol Paşinyan çıxış edib. Ermənistandakı iqtisadi böhranın aradan qaldırılması üçün bu addımı atmağa məcbur olduqlarını deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvan dəhlizi Şərqi Anadolu bölgəsinin ixracını 3 dəfə artıracaq


Azərbaycanın razılığı olmadan  blokada şəraitindən çıxa bilməyəcəklərini anlayan Ermənistan rəhbərliyi geri addım atmaqdan başqa çıxış yolunun olmadığını anlayıb.

Rusiya və İranla dəmir yol əlaqələrinin bərpasının Ermənistanın qarşısında duran əsas hədəf olduğunu deyən Nikol Paşinyan ,erməniləri qorxmamağa çağırıb.

Qeyd edib ki,“Naxçıvan dəhlizi”nin açılması ölkə iqtisadiyyatını əhəmiyyətli dərəcədə dəyişdirəcək.

Bəzilərinin bunu olduqca riskli hesab etməsinə baxmayaraq, bu addımın ölkənin xilası olacağını etiraf edib. Bildirib ki, əks halda Ermənistan blokada şəraitindən çıxa bilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO