Erməni general Qazaxın işğalda olan kəndlərinin geri qaytarılmasından danışdı

Erməni general Qazaxın işğalda olan kəndlərinin geri qaytarılmasından danışdı

Hazırda oxunan: Erməni general Qazaxın işğalda olan kəndlərinin geri qaytarılmasından danışdı

182560

Tavuşdakı ərazilərin (söhbət Qazaxın işğalda olan 7 kəndindən gedir - red.) Azərbaycana verilməsi İrəvanı oradakı strateji üstünlüyündən məhrum edəcək.

Bizim.Media xəbər verir ki, bunu “Sputnik Ermənistan” multimedia mətbuat mərkəzində keçirilən brifinqdə Ermənistan sərhəd qoşunlarının birinci komandanı, general-mayor Levon Stepanyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin anklavlarla bağlı mövqeyi ziddiyyətli və ya qeyri-müəyyəndir:

"Mən Paşinyanın mətbuat konfransını dinlədim, amma hələ də başa düşmədim ki, biz bu əraziləri veririk, ya yox. Sonra nazir (ərazi idarəetmə və infrastruktur məsələləri üzrə - red.) açıq-aydın dedi ki, təhvil verilir. Bu "anklavların" Ermənistanın Artsvaşen anklavına (Gədəbəydə yerləşən Başkənd kəndi - red.) dəyişdirilməsi haqqında da danışılırdı. Amma Azərbaycan bununla razılaşmayacaq. Lakin Başkəndin Azərbaycan üçün heç bir strateji dəyəri yoxdur. Ona görə də “anklavları” Ermənistandan mütləq geri alacaq. 

Azərbaycan bu ərazilərin Ermənistan üçün dəyərini çox gözəl anlayır, çünki Gürcüstana gedən yol həmin ərazilərdən keçir. Təbii ki, Gürcüstana başqa ərazidən də yol çəkmək olar, amma Tavuşda strateji yüksəkliklər var. "Anklavlar" Azərbaycana verilərsə, çox ciddi üstünlük əldə edəcək", deyə o, qeyd edib.
Xatırladaq ki, martın 9-da Azərbaycanın Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası çərçivəsində 4 kəndin azad edilməsi məsələsini bəyan etməsindən sonra “anklavlar” mövzusu yenidən aktuallaşıb.

Bəyanatda Yuxarı Əskipara və Kərki (Naxçıvanla sərhəddə yerləşən kənd - red.), həmçinin Sofulu və Barxudarlı qeyd edilib. Həmçinin Bakı 4 “qeyri-eksklav” kəndi  (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) tələb edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO