“Hazırda Rusiyanın regionda mənəvi çöküşü müşahidə olunur. Bunun nəticəsində isə hazırki dövr üçün regionda Rusiya faktoru Ermənistan dövlətçiliyinə təhlükə yaradır”.
Bizim.Media xəbər verir ki, bunu erməni politoloq Ruben Mehrabyan "Noyan tapan" “Youtube” kanalında bildirib.
“Digər tərəfdən Rusiyanın fəaliyyəti Ermənistan üçün artıq düşmən mövqe sərgiləyir. Rusiya Ermənistanla hazırda hibrid müharibəsi aparır. Burada açar söz olaraq, müharibə kəlməsini vurğulamaq istərdim. Belə ki, müharibəni məhz düşmənlər aparırlar. Odur ki, Rusiya bizə düşməndir. Bunu diqqətə almaq lazımdır”, - deyə Mehrabyan qeyd edib.
Politoloq iddia edib ki, Rusiya Ermənistanın təkbaşına mövcudluğuna mane olmağa çalışır:
“2020-ci ilə baş vermiş müharibə (Azərbaycan - Ermənistan arasında baş verən müharibə - red.) sonrası biz əmin olduq ki, Rusiya ilə Ermənistanın heç bir ortaq siyasi maraqları yoxdur”.
O qeyd edib ki, Ermənistanın yeganə xilası və prioriteti gələcəkdə Avropa İttifaqına daimi üzv olmaqdır.
- A-
- A
- A+
Region
23:37 / 12.03.2024
Erməni politoloq: “Rusiya bizim düşmənimizdir, xilasımız isə…” - VİDEO
Hazırda oxunan: Erməni politoloq: “Rusiya bizim düşmənimizdir, xilasımız isə…” - VİDEO
Hazırda oxunan: Erməni politoloq: “Rusiya bizim düşmənimizdir, xilasımız isə…” - VİDEO
182309
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.