Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil verəcək

Hazırda oxunan: Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil verəcək

181098

Ermənistan Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ölkənin Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

“Qərar Ermənistanla Azərbaycan arasında yüksək səviyyədə əldə edilmiş razılaşmaya uyğun olaraq qəbul edilib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi bu gün Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib. Belə ki, əsgərin azaraq erməni mövqeləri yaxınlığında düşdüyünə dair faktiki sübutlar əldə edilib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan tərəfi əsgərinin saxlanıldığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO