Gürcüstan prezidenti Sarkisyanın “xəstə təxəyyülünü” faktlarla üzə çıxardı – FOTO

Gürcüstan prezidenti Sarkisyanın “xəstə təxəyyülünü” faktlarla üzə çıxardı – FOTO

Hazırda oxunan: Gürcüstan prezidenti Sarkisyanın “xəstə təxəyyülünü” faktlarla üzə çıxardı – FOTO

18035

Gürcüstan prezidenti Salome Zurabişvili özünün Facebook səhifəsində iqamətgahında qonaqlar üçün nəzərdə tutulan kitabın bir səhifəsinin fotosunu yayımlayıb. Fotoda hazırda Tiflisdə rəsmi səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyanın əl yazısı göstərilir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” nəşri yayıb.

"Prezident Salome Zurabişvilinin Gürcüstana səfər dəvətindən ürəkdən məmnun olduğumu bildirirəm. Bu səfərin nəticələrinin gələcək nəsillərimizin rifahı naminə erməni və gürcü xalqları arasındakı münasibətləri möhkəmləndirəcəyinə əminəm". Sarkiyan belə yazıb.

O, qeydlərindən sonra Türkiyədə yerləşən Ağrı (ermənilər buna “Ararat” deyirlər) dağının konturları ilə rəsm də çəkib.

Sarkisyan Zurabaşvili ilə görüşdə bölgədəki təhlükəsizlik məsələlərini, xüsusən də Qarabağa müharibəsinin fonunda yeni reallıqları müzakirə edib.

Haşiyə: Yazıda Azərbaycan oxucusu üçün maraq kəsb edən iki ölkə prezidentlərinin şablon xarakterli görüşü deyil, Sarkiyanın rəssamlığıdır. Bu dəfə o, “bacarığını” tamamilə Türkiyənin ərazisində olan və heç bir santimetri də Ermənistana düşməyən Ağrı dağı üzərində sınayıb. 

Bu dağla bağlı erməni xəstəliyi o həddə çatıb ki, Ağrının fotosunu öz gerblərində əks etdiriblər və guya o dağın nə vaxtsa öz ərazilərində olduğunu iddia edirlər.

Azərbaycan torpaqlarının hesabına dövlət quran ermənilər bir daha xəstə təxəyyüllərini, bu dəfə Tiflis şəhərində nümayiş etdirməyə çalışıblar. Sarkisyan yəqin o rəsmi çəkməklə Ağrının onlar aid olduğunu demək istəyib.

Ermənilər Ağrı dağından simvol kimi ilk dəfə 1918-ci ildə yaradılan erməni-daşnak hökumətinin gerbində istifadə ediblər.

Lakin Ağrı dağı ilk dəfə simvol kimi, rəsmi rəmz şəklində Tiflis Quberniyasının gerbində yer alıb. Məhz bundan sonra simvol 1918-ci ildə erməni-daşnak hökümətinin, 1922-ci ildən Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının, 1937-ci ildən Ermənistan SSR-nin, nəhayət SSRİ dağılandan sonra Ermənistanın gerbində təsvir edilib. Buradan belə aydın olur ki, Ağrı dağının ilkin olaraq rəsmi şəkildə emblem daxilində təsviri belə ermənilərə məxsus olmayıb. 

Ermənistan SSR-in gerbində Türkiyəyə aid olan Ağrı dağının təsvir olunması ilə razılaşmayan Türkiyə hökuməti buna etirazını bildirib.

Həmin dövrdə SSRİ xalq xarici işlər komissarı olan Çiçerin isə belə cavab vermişdi: “Bəs nəyə görə Türkiyənin bayrağında Ay təsviri var?! Axı Ay da Türkiyənin deyil”.

Çiçerin kimi düşünən “komissarlar” indi Rusiyada yetərincədir və onlar ermənilərin “xəstə təxəyyülllərinin” qalmasında daim yardımçı olurlar.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO