Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federal Təhlüksizlik Xidməti Sərhəd Xidmətinin nümayəndələrinin Azərbaycanla sərhəddəki Nerkin Hand yaşayış məntəqəsi ərazisində qalmaq mandatı olmadığını deyib.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan: “Ermənistanın hazırda KTMT-də daimi nümayəndəsi yoxdur”
"Rusiya sərhədçilərinin ərazilərimizdə olması ilə bağlı heç bir mandat və ya razılaşma yoxdur.
Bu, o deməkdir ki, Rusiya sərhədçiləri orada təhlükəsizliklə bağlı heç bir funksiyanı yerinə yetirə bilməzlər, güman edilir ki, bundan müəyyən nəticələr çıxarılmalıdır", - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda “heç kim Nerkin Handa hissəsinin Rusiyanın məsuliyyət zonası olduğunu bildirməyib”.
Bizim.Media