Paşinyan: “Rusiya sərhədçiləri ərazilərimizdə heç bir funksiyanı yerinə yetirə bilməzlər”

Hazırda oxunan: Paşinyan: “Rusiya sərhədçiləri ərazilərimizdə heç bir funksiyanı yerinə yetirə bilməzlər”

180334

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federal Təhlüksizlik Xidməti Sərhəd Xidmətinin nümayəndələrinin Azərbaycanla sərhəddəki Nerkin Hand yaşayış məntəqəsi ərazisində qalmaq mandatı olmadığını deyib. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: “Ermənistanın hazırda KTMT-də daimi nümayəndəsi yoxdur”


"Rusiya sərhədçilərinin ərazilərimizdə olması ilə bağlı heç bir mandat və ya razılaşma yoxdur.

Bu, o deməkdir ki, Rusiya sərhədçiləri orada təhlükəsizliklə bağlı heç bir funksiyanı yerinə yetirə bilməzlər, güman edilir ki, bundan müəyyən nəticələr çıxarılmalıdır", - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanda “heç kim Nerkin Handa hissəsinin Rusiyanın məsuliyyət zonası olduğunu bildirməyib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO