Miller: “ABŞ Azərbaycan və Ermənistanı uzunmüddətli sülhə çağırır”

Hazırda oxunan: Miller: “ABŞ Azərbaycan və Ermənistanı uzunmüddətli sülhə çağırır”

180198

ABŞ Azərbaycan və Ermənistanı uzunmüddətli sülh barədə razılıq əldə etməyə çağırmaqda davam edir.

Bizim.Media xəbər veirr ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə danışıb.

“Mənim bu məsələ ilə bağlı yeni heç bir açıqlamam yoxdur, lakin biz hər iki tərəfi uzunmüddətli razılıq barədə cəhdə təşviq etməyə davam edirik”, - deyə Miller qeyd edib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün fevralın 28-29-da Berlində keçirilməsi planlaşdırılır. Bu məqsədlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 27-də Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO