Rusiya Dövlət Duması Ermənistan parlamentinin spikeri Alen Simonyanın bəyanatına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev danışıb.
MÖVZU İLƏ BAĞLI:
Alen Simonyan: "Rus sərhədçiləri Zvartnots hava limanında xidmətini dayandırmalıdır" - VİDEO
Juravlev bildirib ki, həqiqətən də Rusiya kontingentinin Ermənistandan çıxarılmasının vaxtı çatıb:
“Amma bu addım İrəvanın istəyinə görə yox, hərbçilər naminə atılmalıdır ki, onlar artıq xarici ölkənin təhlükəsizliyi üçün öz həyatlarını riskə atmasınlar”.
O xatırladıb ki, Rusiya sülhməramlıları Ermənistanın “ərazi bütövlüyünün təminatıdır”:
“ Əgər oradan çıxarılsalar, “başqa heç kim respublikaya bir qəpik belə verməyəcək”.
“Əgər Ermənistan təkbaşına bu işin öhdəsindən gələ biləcəyinə əmindirsə, qoy çalışsın, bu, yalnız öz seçimidir. O zaman bütün siyasi və hərbi uğursuzluqlarına görə bir daha Rusiyanı günahlandırmasın, necə ki, hər fürsətdə buna öyrəşib”, - deyə Juravlev əlavə edib.
Qeyd edək ki, bu gün Simonyan jurnalistlərə açıqlamasında bildirib ki, Rus sərhədçiləri İrəvanın Zvartnots hava limanında xidmətini dayandırmalıdır:
“Ruslar oradan getməlidirlər. Çünki ölkəmizin sərhədlərini özümüz qoruyacağıq, amma onların qoruyacağına əmin deyiləm”.
Bizim.Media