Almaniyalı deputat erməni jurnalistə coğrafiya dərsi keçdi: "Qarabağ Azərbaycan ərazisində yerləşir"

Hazırda oxunan: Almaniyalı deputat erməni jurnalistə coğrafiya dərsi keçdi: "Qarabağ Azərbaycan ərazisində yerləşir"

180132

“Beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycan ərazisində yerləşir və Rusiyanın Ukraynanın suveren ərazisində açdığı təcavüzkar müharibə ilə heç bir şəkildə müqayisə oluna bilməz”.

Bizim.Media xəbər verir ki, bunu Almaniya Bundestaqının Hüquq Komissiyasının sədri Elizabet Vinkelmeyer-Bekker Almaniyanın Ermənistandakı səfirliyində keçirilən mətbuat konfransında erməni jurnalistinin "Qarabağ ermənilərinin “məcburi köçürülməsi” işinə baxılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək təşəbbüsü ilə çıxış edə bilərmi?" sualını cavablandırarkən deyib.

O, Azərbaycana qarşı sanksiyaların tətbiqi ehtimalını da istisna edib:

"Mən sizin (erməni jurnalist nəzərdə tutulur) bu məsələ ilə bağlı ümidlərinizin səviyyəsini bir qədər azaltmaq istərdim. Çünki ən azı indiki mərhələdə bu cür sanksiyalardan istifadə sülh prosesinin effektivliyinə mane ola bilər".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO