Rus sərhədçiləri İrəvanın Zvartnots hava limanında xidmətini dayandırmalıdır.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistin "Rus sərhədçilərinin Zvartnots hava limanında xidməti dayandırılacaqmı?" sualını cavablandırarkən səsləndirib.
O, belə bir müzakirədə iştirak etmədiyini, ola bilsin ki, müvafiq strukturlarla müzakirə aparıldığını deyib:
"Bu mənim şəxsi fikrimdir, ruslar oradan getməlidirlər. Çünki ölkəmizin sərhədlərini özümüz qoruyacağıq, amma onların qoruyacağına əmin deyiləm”.
Bizim.Media