Ermənistan Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə kəşfiyyat məlumatlarını Fransaya ötürəcək

Hazırda oxunan: Ermənistan Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə kəşfiyyat məlumatlarını Fransaya ötürəcək

180069

Paşinyanın Parisə səfərindən sonra Fransa xüsusi xidmət orqanları (DSGE) ilə Ermənistan kəşfiyyatı arasında Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın “Aqoravox” nəşri yazıb.

Mənbə qeyd edir ki, xüsusilə, Fransa Ermənistana “Ermənistan sərhədlərinin perimetri boyunca hərbi-siyasi vəziyyət haqqında” məlumatların yer aldığı peyk məlumatlarını göndərməlidir.

Xatırladaq ki, İrəvan və Parisin Azərbaycan və Türkiyə əleyhinə birgə çalışması xəbəri ilk deyil. Lakin Ermənistanın İran və Rusiya ilə bağlı kəşfiyyat məlumatlarının rəsmi olaraq Fransaya ötürülməsinə razılıq verməsi regional qarşıdurmanın yeni işartısıdır. 

"Paşinyanın Ermənistanı" artıq Fransanın regionda troya atına çevrilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO