Paşinyan qapalı görüşdə tərəfdaşları ilə nədən danışıb?

Hazırda oxunan: Paşinyan qapalı görüşdə tərəfdaşları ilə nədən danışıb?

180060

Ermənistanın baş naziri Nikol Paşinyanla hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatları arasında qapalı görüş 3 saatdan çox davam edib.

Bizim.Media xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunur ki, Ermənistanın baş naziri Münhen danışıqlarının nəticələrini, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün detallarını təqdim edərək, öz tərəfdaşlarına danışıqlar prosesində xüsusi irəliləyişin olmadığına eyham vurub.

Onun fikrincə, bu, sadəcə olaraq heç bir mühüm nəticə əldə olunmayan növbəti görüş olub. 

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə "Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir" sözlərini dilə gətirib.
Paşinyan isə sadəcə olaraq sülh müqaviləsinin imzalanmasından yayınmaq üçün müxtəlif bəhanələrə əl atır və məzmunca bir-birindən fərqli "bəyanatlar" verir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO