Ermənistan Avropa İttifaqından gələn malları Rusiyaya ÖTÜRÜR - TƏFƏRRÜAT

Ermənistan Avropa İttifaqından gələn malları Rusiyaya ÖTÜRÜR - TƏFƏRRÜAT

Hazırda oxunan: Ermənistan Avropa İttifaqından gələn malları Rusiyaya ÖTÜRÜR - TƏFƏRRÜAT

180050

2023-cü ilin doqquz ayı ərzində Rusiyanın Avropa İttifaqından aldığı və müharibədə istifadə etdiyi texnologiyaların (sanksiyaya məruz qalan) dəyəri 450 milyon avro təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg rəsmilərə istinadən yazıb.

Qeyd edilib ki, malların demək olar ki, dörddə biri birbaşa Avropa ölkələrindən gətirilib.

Nəşr sanksiyaya məruz qalan mallara konkret olaraq nəyin aid edildiyini göstərmir. 

Bloomberg bildirir ki, Avropa İttifaqı ilə Rusiya arasında bu malların ticarətinin həcmi Ukraynadakı müharibədən sonra azalıb. Ancaq Avropa ölkələrindən üçüncü ölkələrə ixrac kəskin şəkildə artıb. Məhz həmin ölkələrin vasitəsilə mallar Rusiyaya ötürülür.  

Sanksiyalardan yan keçərək tədarüklə məşğul olan ölkələr arasında BƏƏ, Serbiya və Çinin, habelə Rusiya ilə qonşu olan Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Ermənistanın da adı çəkilir.

Kiyev İqtisadiyyat Məktəbinin hesablamalarına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya 8,77 milyard dollar dəyərində “hərbi mallar” idxal edib. Bloomberg yazır ki, bu mallar Avropa İttifaqında “yüksək prioritet” mallar siyahısına daxildir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO