Paşinyandan Kremlə AÇIQ MESAJ – Rusiya yenə səbrli davranacaq?

Paşinyandan Kremlə AÇIQ MESAJ – Rusiya yenə səbrli davranacaq?

Hazırda oxunan: Paşinyandan Kremlə AÇIQ MESAJ – Rusiya yenə səbrli davranacaq?

179650

“Bir neçə ay əvvəl Rusiya açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırdı”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində bildirib. O, Moskvadan sözügedən təbliğatın getdikcə artdığını qeyd edib.

Görünən odur ki, Paşinyan kartlarını açdı. 

Bəs görəsən, Rusiya hansı reaksiyanı verəcək?

Millət vəkili Hikmət Babaoğlu məsələni Bizim.Media-ya şərh edib.

O qeyd edib ki, lokal səviyyəli siyasətçilər qlobal auditoriyada bəzən siyasətin özünə də məhəlli səviyyədə baxırlar: 

“Yəni, Paşinyana elə gəlir ki, bu mesajları məhz Fransadan verməsi Rusiyaya meydan oxumaqdır. Amma bu zaman bir ehtimal nəzərdən çıxır. Paşinyan yenidən ölkəsinə qayıdacaq və Rusiya-Ermənistan münasibətlərinin reallığı ilə üz-üzə qalacaq. Paşinyanın bu çıxışının arxasında konkret şəxslər dayanır. Çünki Rusiya Ermənistanda hansısa çevriliş çağırışı edə bilməz. 

Bu kontekstdə Paşinyan öz vəziyyətini mürəkkəbləşdirir. Rusiya Ermənistan münasibətləri reflektor münasibətlərdir. Yəni, biri digərini əks etdirir. Hansı addım atılacaqsa, mütləq əks addımla qarşılanır”.

O, əlavə edib ki, Rusiya Ermənistanla münasibətlərində bir qədər də səbrli davranış nümayiş etdirəcək: 

“Çünki daha vacib işlərlə məşğuldur. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın maraqları kontekstində fəaliyyətini “dondurduğu” kimi Rusiya da eyni prosesi reallaşdırır. Ona görə də mən düşünürəm ki, belə vəziyyət Ermənistanın lehinə olmayacaq. 

Reflektor münasibətlər nəticə etibarı ilə bu günün hadisəsi deyil, yarandığı tarixdən bu günə qədər olan münasibətlərdir. Hətta mən düşünürəm ki, daha çox şaquli münasibətlərdir və bundan xilas olmaq üçün Paşinyanın indiki gerçəkliklər kontekstində heç bir imkanı yoxdur. Fikrimcə, önümüzdəki mərhələdə bu çağırışlar ilə bağlı Rusiya daha konkret addımlar atacaq”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO